“ABC Telecom” şirkətə borcu olan qadının şəkillərini yaşadığı binanın divarlarına yapışdırıb…

“ABC Telekom”la deputatın “Kontakt Home” mağazalar şəbəkəsinin müştərilərə qurduğu “tələ”… Bir neçə il əvvəl banklardan birinin müştərisi redaksiyamıza müraciət etmişdi. Müştəri deyirdi ki, bankdan kredit götürmüşəm və neçə ildir ödəyirəm. Son bir neçə ayda ödəyə bilmədiyim üçün mənə zəng edib…

“ABC Telecom” şirkətə borcu olan qadının şəkillərini yaşadığı binanın divarlarına yapışdırıb…

Source

0
(0)

“ABC Telekom”la deputatın “Kontakt Home” mağazalar şəbəkəsinin müştərilərə qurduğu “tələ”…

Bir neçə il əvvəl banklardan birinin müştərisi redaksiyamıza müraciət etmişdi.
Müştəri deyirdi ki, bankdan kredit götürmüşəm və neçə ildir ödəyirəm. Son bir neçə ayda ödəyə bilmədiyim üçün mənə zəng edib hədə-qorxu gəldilər. Və sonda şəkilimi yaşadığım binanın divarlarına yapışdırıb məni qonşuların yanında biabır, rüsvay etdilər.
Sözün düzü, həmin telefonla əlaqə saxlayanda bəlli oldu ki, müştəriyə zəng edənlər kollektor şirkətinin “qoçuları”dır.
Bir az da araşdırma aparandan sonra bəlli oldu ki, ozamankı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda kollektor şirkəti yaradıb və problemli kreditləri hədə-qorxu gəlməklə, “şəkil yapışdırmaqla” həll edir və banklardan xidmət haqqı-faizlərini alır.
Bəli, xaricdə problemli kreditləri həll etmək üçün kollektor şirkətləri var, ancaq onlar problemi sivil yolla həll edir, müştərinin şəkilini divarlara yapışdırmaqla yox.
Sözün qısası, belə hal dünyanın heç bir ölkəsində ola bilməz.
Bu rüsvayçılığı nə üçün yada saldıq.
İnternet üzərindən araşdırma zamanı bəlli oldu ki, ABC Telecom şirkəti də eyni qaydaları tətbiq edərək müştəriləri təhqir edir.
Belə ki, Bakıda “ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.
Xanım borcu ödəyə bilmədiyi üçün şirkət onun şəkillərini Səbail rayonu ərazisində müxtəlif binalara yapışdırıb.
Sözün düzü, bunu oxuyanda lap dəhşətə gəldik.
Şirkətin nə ixtiyarı var ki, kiminsə həyat yoldaşının, kiminsə qızının, yaxud anasının, bacısının şəkillərini divarlara yapışdırsın.
Belə hal heç orta əsrlərdə ola bilmzədi ee…
Axı bizdə məhkəmə var, hüquq var, qanun var, filan var…amma..
Əmması odur ki, Azərbaycanda istehlakçıların hüquqları elementar səviyyədə qorunmur.
Yəni istehlakçı-müştəri-istifadəçi ilə istehsalçı-xidmətçi arasında müqavilə imzalanır və qarşılıqlı öhdəliklər götürülür.
Loru dildə desək qaz satanla qaz istifadəçisi, elektrik enerjisi satanla vətəndaş, su satanla su istifadə edən, telefon satanla müştəri arasında ciddi müqavilə imzalanır.
İstifadəçi, yəni istehlakçı vaxtında istifadə etdiyi məhsulun pulunu ödəyir, qarşı tərəf isə vaxtlı-vaxtında istehlakçını keyfiyyətli məhsulla təmin etməlidir.
Bəs onda necə olur ki, işığın, suyun, qazın pulu bitən kimi qaz, işıq, su kəsilir, ən yaxşı halda istehsalçı istehlakçını məhkəməyə verib ödəniş tələb edir.
Bəs onda niyə, külək əsəndə kəsilən internetə, qar yağanda kəsilən qaza görə istehlakçı qarşı tərəfi məhkəməyə verə bilmir?
Bəli, müştəri deyir ki, ABC Telekom-dan pul verib mobil telefon aldım, amma 1 aydır telefonumu düzəldən yoxdur.
ABC şirkəti vətəndaşlara mobil telefon satır. Bəzən müştəri təzə telefon ala bilmədiyi üçün az istifadə olunmuş telefon alıb pulunu ödəyir. Az müddətdən sonra telefon bağlanır-bloklanır. Müştəri günlərlə şirkətə gedib-gələndən sonra bəlli olur ki, kimsə həmin telefonu kreditə götürüb və pulu ödəyə bilmədiyi üçün ABC-Telekoma satıb. Şirkət isə həmin telefonu müştəriyə satıb. Və kreditə görə telefon bağlanıb.
Axı, bunun pulunu verib telefon alan müştəriyə nə dəxli var?
Şirkət isə deyir ki, bu problemin bizə dəxli yoxdur. Belə müştərilər yüzlərlədir. Yəni ABC şirkəti bir neçə ay sonra bloklanacaq mobil telefonları bilərəkdən müştərilərə satır. Bu açıq-aşkar cinayət əməlidir.
Bəli, bu birbaşa cinayət əməlidir və belə hallar deputat Elnur Allahverdiyevə məxsus olan Kontak Home mağazalar şəbəkəsi ilə birgə törədilir.
Belə ki, Kontak Home mağazalar şəbəkəsinin satdığı telefonlar xarab olanda ABC şirkəti servis xidməti göstərir. Niyə, nə üçün və hansı məqsədlə?
Bunu tərəflər özləri bilir.
Ancaq problem odur ki, Kontak Home-nin müştərisinin aldığı telefon xarab olanda müştəri iki şirkət arasında qalır, bilmir ki, hara üz tutsun.
Digər çox ciddi qanun pozuntusu da var.
ABC-nin kreditlə satdığı telefonları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesabalama Mərkəzi BLOK-laya bilir. Niyə ?
Axı, nazirliyin Hesablama Mərkəzinin nə ixtiyarı var ki, mobil telefonu bloklasın?
Görəsən ABC-Telekom şirkətinin sahibi Azər Süleymanova bu səlahiyyəti kim verib ki, vətəndaşların hüquqlarını pozsun. (həəə, Azər Süleymanov rəhmətlik Xəlilovun kürəkəni, Süleymanovun oğlu, MTN-nin sabiq polkovniki və hazırki iqtidardan incik) Bu haqda böyük araşdırma yazımız olacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

0 / 5. 0